Qaradağda 66 kiloqram narkotiki satmaq istəyənlərin   SAXLANILMA GÖRÜNTÜLƏRİ

saytların hazırlanması

Evə çatdırılma

Qaradağda 66 kiloqram narkotiki satmaq istəyənlərin SAXLANILMA GÖRÜNTÜLƏRİ

Kriminal

28 Fevral 2026 17:32 631


Qaradağ rayonunda 66 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 43 yaşlı Əkbər Əliyev saxlanılıb. Dominos pizza

Ondan 21 kiloqram 302 qram marixuana, 496 qram tiryək və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə paytaxt sakini 39 yaşlı Elxan Bəndəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün tutulub. Ondan isə 23 kiloqram 975 qram marixuana aşkarlanaraq götürülüb.

İdarə əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı da narkotiklərin paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 32 yaşlı Yunis Məmmədov, yaşıdı Nazir Tağıyev və 34 yaşlı Urfan Məmmədli Lökbatan qəsəbəsində saxlanılıblar. Bu şəxslərdən isə Bakı şəhərinə müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə gətirdikləri 20 kiloqram 250 qram marixuana tapılıb.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı ümumilikdı 66 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ilin əvvəlindən Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 80 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!