Qaradağda əməliyyat: 42 kq narkotik dövriyyədən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Qaradağda əməliyyat: 42 kq narkotik dövriyyədən çıxarıldı

Kriminal

10 Aprel 2026 17:13 342


DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi Qaradağda əməliyyat keçirib.

"Yeni Sabah" xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 39 yaşlı Qurban Əliyev və 41 yaşlı Eşqin Hümbətov saxlanılıblar.

Onlardan 42 kiloqram 235 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olduqları və bu məqsədlə, əsasən, gəncləri narkokuryerliyə cəlb etdikləri müəyyənləşdirilib. Dominos pizza

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!