Qaradağda pilot layihələrdə sakinlər aldadılıb –   Etiraz + Video

saytların hazırlanması

Evə çatdırılma

Qaradağda pilot layihələrdə sakinlər aldadılıb – Etiraz + Video

Xalqın səsi

17 İyun 2019 07:20 1579


Dünən bir qrup Qaradağ sakini Gilan və Qaradağ rayon icra başçısı Süleyman Mikayılova öz etirazını bildirib. 

“Yeni Sabah” xəbər verir ki, onlar çıxış edərək bildiriblər ki, bir müddət əvvəl qəzalı vəziyyətdə olan evlərindən köçürülmək üçün verilən sözlərə əməl olunmab və indi çox acınacaqlı şəraitdə yaşayırlar. 

Mənzillərin kvadrat sahəsinin kiçikliyi, tikintidə istifadə olunan materialların keyfiyyətsizliyi və digər məsələlər əsas problemlərdəndir.  Sezar pizza

Yeni inşa olunmuş binalarda məskunlaşan sakinlər qeyd edir ki, dəfələrlə icra hakimiyyətinə getsələr də, ya onların səsinə səs verən olmur, ya da bir bəhanə ilə vaxtı uzadırlar. 

Artıq vəziyyətin dözülməz həddə çatdığını bildirən vətəndaşlar deyir ki, kiçik ölçülü mənzildə elə ailələr var ki, 6-7 nəfərlə yaşayır ki, bu da nə etik baxımdan, nə də yay fəsilinin istisində mümkünsüzdür. 

Sakinlər ölkə başçısına müraciət edərək, ondan kömək istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!