Qaradağda yanğın zamanı tüstüdən zəhərlənənlərin adları məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Qaradağda yanğın zamanı tüstüdən zəhərlənənlərin adları məlum oldu

Hadisə

13 Fevral 2026 00:49 530


Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 32 ünvanında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları və vəziyyətləri məlum olub.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, tüstüdən zəhərlənənlər 1971-ci il təvəllüdlü Gülər Həsən qızı Həsənova, 2004-cü il təvəllüdlü Nərmin Vüqar qızı Xəlilova və 2024-cü il təvəllüdlü Elza Şahmaz qızı Xəlilovadır.

Hazırda onların müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir. Zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!