Ken Uilber çağımızın nəhəng intellektuallarından biridir. Onun yazdığı “Tramp və posthəqiqət” kitabı bestsellerdir. Həmin kitabdan: “Tramp seçkiqabağı kampaniya aparanda bir neçə qəzet onun xüsusi olaraq dedikləri yalanları sayırmış. Dünən o, 15 yalan danışdı, bu gün isə yalanların sayı 17-dir. (Politifact.com) Tramp tərəfdarları belə qənaətə gəliblər ki, onun dediklərinin 50%-nin faktiki həqiqətlə heç bir əlaqəsi yoxdur.” Uilber Tramp dövrünü posthəqiqət dövrü adlandırıb...
Siyasi proseslərdə identiklik həmişə mümkün olub. Kılıcdaroğlunun söylədiyi yalanlar Trampın söylədiklərindən bəlkə də 10 dəfə çoxdur. Türk cəmiyyəti bütün bunları nəzərə alıb, Əsrin ən Möhtəşəm seçkisində öz seçimini edəcək. Türkiyə posthəqiqət dövrünü yox, həqiqət dövrünü yaşayır.
Nyu-York Universitetinin türk alimi Selcuq Şirinin “Ya edalet ya sefalet” kitabından bir maraqlı fikri qeyd edirəm: “Türkiyə indiyə qədər baş vermiş 3 sənaye inqilablarını yalnız çox-çox arxadan təqib edib, ən azından hazırkı 4-cü sənaye inqilabına öndən başlamaq şansını qaçırmamalıdır.” Dominos pizza
Rəcəb Tayyib Ərdoğan Türkiyəni 4-cü sənaye inqilabının önündə aparan şəxsiyyətdir. Çağımızın tələbi budur. Bunu siyirməyən dövlətlər var. Ərdoğan dediyini yerinə yetirən comərd kişidir. Kılıcdaroğlu isə bu kafa ilə ölkəni yalnız geriyə aparmaq istəyir. Bu missiyanı onun boynuna qoyanlar da var. Qardaş Türk Xalqı Nəhəng və Rasional Xalqdır və sabah dəqiq seçimini edəcək.
Sabah gecədən Rəcəb Tayyib Ərdoğanı təbrik etmək ümidi ilə..."
Etibar Əliyev,
Milli Məclisin deputatı
Telegram kanalımız