Qardaşını qətlə yetirən yeniyetmə saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qardaşını qətlə yetirən yeniyetmə saxlanıldı

Kriminal

26 Yanvar 2019 18:03 1028


Goranboy rayonunda qardaşını qətlə yetirən şəxs saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Trend-ə Goranboy rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, yanvarın 25-də axşam saat 23 radələrində Goranboy rayonunun Xanqərvənd kənd sakini, 2004-cü il təvəllüdlü Xəlil Məmmədov yaşadıqları evdə qardaşı, 2002-ci il təvəllüdlü İsmayıl Məmmədovla aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahişə edib. Dominos pizza

Mübahisə nəticəsində X. Məmmədov İ.Məmmədova döş qəfəsindən bıçaqla xəsarət yetirib.

İ.Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib və istintaq hərəkətləri davam etdirilir.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində X.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!