Qardaşının dəfninə getməyən Zərdüşt Əlizadə: “Vacib deyil…”

saytların hazırlanması

Evə çatdırılma

Qardaşının dəfninə getməyən Zərdüşt Əlizadə: “Vacib deyil…”

Siyasət

10 Oktyabr 2022 16:18 1281


Xəbər verdiyimiz kimi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə ötən həftə dünyasını dəyişib. Onkoloji xəstəlikdən əziyyət çəkən mərhum partiya rəhbərinin dəfn mərasimində qardaşı, politoloq Zərdüşt Əlizadənin iştirak etmədiyi deyilir. 

Sosial şəbəkələrdə yayılan xəbərə əsasən, Zərdüşt Əlizadə uzun illər küsülü olduğu qardaşının yas mərasiminə qatılmaqdan imtina edib, onun ailəsinə belə başsağlığı verməyib.

Yenisabah.az xəbər verir ki, Modern.az-ın əməkdaşı Zərdüşt Əlizadə ilə əlaqə saxlayaraq, deyilənlərin doğru olub-olmadığını soruşub. pizza mizza

O, əsəbi şəkildə bildirib ki, qardaşının dəfnində iştirak edib-etməməsi cəmiyyəti maraqlandıran mövzu deyil.

“Cəmiyyətin o qədər problemi var. İşsizlik, ümidsizlik cəmiyyətin əsas problemlərinə çevrilib. Məgər, onları bu yox, mənim dəfndə iştirak edib-etmədiyim maraqlandırır? Bu insanları maraqlandıran vacib məsələ deyil”,- o Z.Əlizadə bildirib.

Qeyd edək ki, Araz Əlizadə ilə qardaşı Zərdüşt Əlizadə uzun illər küsülü olublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!