Qaribaşvilinin Alyans rəhbəri ilə görüşü ləğv edildi

saytların hazırlanması

Evə çatdırılma

Qaribaşvilinin Alyans rəhbəri ilə görüşü ləğv edildi

Dünya

18 May 2022 15:53 850


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə NATO-nun baş katibi Yens Stoltenberqin bu günə planlaşdırılan görüşü ləğv edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə alyansın saytında məlumat dərc olunub.

Ehtimal edilən səbəb Yens Stoltenberqin sağlamlıq vəziyyətidir. Amma bu məsələ ilə bağlı heç bir rəsmi şərh verilməyib. Marqarita pizza

NATO baş katibinin keçən həftə koronavirus testi müsbət çıxıb, o "uzaqdan iş rejimi"ndə olubvə Berlində planlaşdırılan xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edə bilməyib.

Həmçinin, mayın 17-də Y. Stoltenberq Aİ müdafiə nazirlərinin görüşündə iştirak edə bilməyib, lakin bu gün İsveç və Finlandiyanın səfirlərindən NATO-ya üzvlüklə bağlı ərizəni şəxsən alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!