Qaribaşvilinin Azərbaycana səfər proqramı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Qaribaşvilinin Azərbaycana səfər proqramı açıqlandı

Siyasət

29 Sentyabr 2021 10:56 819


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Azərbaycana işgüzar səfərə gəlir.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyası məlumat yayıb.

Birgünlük səfər çərçivəsində İ.Qaribaşvili Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək. Hər iki ölkənin baş nazirlərinin sədrliyi altında baş tutacaq toplantıdan sonra əməkdaşlıq haqqında memorandumlar imzalanacaq. pizza hut

İ.Qaribaşvili həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Daha sonra dövlət başçısı ilə işçi nahar olacaq.

Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinə müavini, xarici işlər naziri David Zalkaliani, iqtsiadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, hökumət administrasiyasının rəhbəri İlya Darçiaşvili daxildir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!