Qarlı havada maşın sürənlər üçün vacib tövsiyələr

saytların hazırlanması

Evə çatdırılma

Qarlı havada maşın sürənlər üçün vacib tövsiyələr

Sosial

20 Fevral 2019 14:16 2645


Son günlər havaların soyu keçməsi, qarlı hava və yolların sürüşkən olması avtomobillərin hərəkətini çətinləşdirib. Bəs, necə etmək lazımdır ki, şaxtalı havada belə maşını normal və ən əsası təhlükəsiz idarə etmək mümkün olsun? “Yeni Sabah” xəbər verir ki, nəqliyyat üzrə ekspert Ərşaad Hüseynov bu haqda tövsiyələr hazırlayıb. Həmin “qızıl qaydalar”ı təqdim edirik:

1. Şaxtalı havada yolların buz bağlaması mümkündür. Nəzərə alın ki, ilk olaraq körpülərdə, nisbətən güclü küləyin birbaşa vurduğu açıq yol sahələrində buzlaşma olur. Belə yerlərdə xüsusən ehtiyatlı olun.

2. Axşama doğru yolların bəzi yerlərində qar-buz olma ehtimalını nəzərə alıb, evinizə tez getməyə çalışın. Əvvəlki illərin təcrübəsi göstərir ki, yollarda qar-buz axşam saatlarında yaranmağa başlayanda dözülməz tıxaclar yaranır. Toyuqlu pizza

3. Belə şəraitdə mütləq ara məsafəsini artırmaq lazımdır. Yolun sadəcə yaş olması tormozlanma məsafəsinin artmasına səbəb olur, qar-buz olduqda isə xəfif tormozlanma da sürşməyə, avtomobilin idarə edilməsinin itirilməsinə gətirib çıxarır.

4. Yanaşı cərgələrdəki avtomobillərlə yan intervalı dəqiq gözləmək lazımdır. Heç olmasa, belə hava şəraitində əlavə cərgə yaratmadan, yolda xətlərlə müəyyən olunan zolaqlara tam riayət edərək hərəkət edin. Əlavə cərgə yaratma (məsələn, 2 zolaqlı yolda 3 cərgə ilə hərəkət) halında yola nəzarət çətinləşir, əsəblər gərilir, sürücü aqressivləşir və s. Sürüşkən yolda isə yan intervalın gözlənməməsi sadəacə olarq özünüz üçün manevr imkanını yox etmək deməkdir.

5. Avtomobilinizin tam sazlığına fikir verin, belə havada yolda qalmaq özü ayrıca təhlükədir.

6. Alın şüşəni və sürücünün sağ və solundakı şüşəni tərlmədən qoruyan hava üfürənin saz və işlək olmasına diqqət edin (iqlimə nəzarət qurğusunun hava üfürənini şüşələrə doğru rejimdə saxlayın). Şüşələrin üstünə yağıntı düşdüyündən onlar tez soyuyaraq içəridən tərləyir və bayır görünmür. Ona görə də belə havada həmin hava üfürənlər daim işlək olmalıdır. Yeri gəlmişkən şəhərdə sürücü üçün görünməni təmin edən şüşələri tərli olan xeyli avtomobil görmək olar. Onların bəzilərində hava üfürənlər işləmir, amma bəzilərinin sürücləri sadəcə olaraq bunu işlədə bilmirlər.

7. Alın şüşənin silgəclərini saz saxlayın və şüşə yuyanın qabına (baçokuna) şaxtada donmayan xüsusi yuyucu mayelər əlavə edin.

8. Hərəkət vaxtı faranın yaxın işıalarını və ya qabaq duman faralarını yanılı saxlasanız yaxşı olar (şəhər içində belə havada arxa duman işıqlarını yamdırmaq nəzərdə tutulmur).

9. Ən başlıcası isə çalışın ki, avtomobilinizlə qarlı-buzlu yola çıxmayasınız. Nəzərə alın ki, qar-buzda sürüşməyən avtomobil və təkər yoxdur. Həm də nəzərə alın ki, yollarda tək olmayacaqsınız, qarşınıza təcrübəsiz və məsuliyyət hissi zəif sürücünlərin çıxma ehtimal yüksəkdir. Çalışın ziyana düşməyəsiniz...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!