Soyuq havaların gəlməsi ilə insanlar arasında bir çox miflər yayılır. Onlardan biri də soyuq temperaturun xəstəlikləri, xüsusilə virusları öldürdüyünə dair inancdır. Bir çoxları düşünür ki, qış mövsümündə hava daha təmiz olur və mikroblar məhv olur.
Lakin bu iddianın elmi əsasları varmı? Həqiqətənmi, soyuq hava virusları və bakteriyaları yox edir?
İnfeksionist Aytən Ziyadova Yenisabah.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib: pizza mizza
“Soyuq temperatur bəzi bakteriya və virusların çoxalmasını ləngidə bilər, ancaq onların tamamilə yox olması üçün uzun müddət və ekstremal şaxta lazımdır. Məsələn, qrip virusu və koronaviruslar soyuq havada daha uzun müddət yaşaya bilər, çünki aşağı temperatur onları daha sabit saxlayır.
Əksinə, qış mövsümündə qrip, soyuqdəymə və digər tənəffüs yolu infeksiyalarının yayılması artır. Bunun səbəbi isə insanların daha çox qapalı məkanlarda və bir-birinə yaxın təmasda olmasıdır.
Quru, soyuq hava burun və boğazın selikli qişasını qurudur, bu da virusların bədənə daha asan daxil olmasına şərait yaradır. Həmçinin, günəş işığı az olduğuna görə D vitamini səviyyəsi düşür və immun sistemi zəifləyə bilər”.
Həkim qarlı havanın müsbət təsirlərindən də söz açıb:
“Havanın təmizlənməsinə kömək edir, çünki havadakı toz və allergenlər qarın üzərinə çökür. Torpaqdakı bəzi mikroorqanizmləri müvəqqəti passivləşdirə bilər. İnsanlar soyuq havada daha ehtiyatlı olurlar və gigiyenaya daha çox diqqət yetirirlər.
Qar mikrobları tam öldürmür, lakin müəyyən hallarda onların aktivliyini azalda bilər. Ancaq qış aylarında xəstəliklərin yayılması daha da artır. Ona görə də, bu mövsümdə gigiyena qaydalarına riayət etmək, immuniteti gücləndirmək və havalandırmaya diqqət yetirmək vacibdir”.
Aytac Şahin
Telegram kanalımız