Qatar 42 yaşlı qadını vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Qatar 42 yaşlı qadını vurub öldürdü

Kriminal

13 Fevral 2019 14:59 937


Sumqayıtdan Bakıya gələn sürət qatarı qadını vurub öldürüb.

Hadisə rayonun Xırdalan şəhəri ərazisində, səhər saat 07 radələrində baş verib.

Xırdalan şəhəri ərazisində Sumqayıtdan Bakıya gələn sürət qatarının bir nəfəri vurub öldürməsi barədə məlumat daxil olan kimi polis və prokurorluq orqanları əməkdaşları dərhal hadisə yerinə baxış keçirib. pizza

Məlum olub ki, Abşeron rayonu Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı Xırdalan şəhəri, "Çexkalon" adlanan ərazidə qatar relsinin üzəri ilə işə gedərkən Sumqayıtdan Bakıya gələn "Ştabler" markalı sürət qatarı vurması nəticəsində ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!