Dekabrın 10-da İnterpolun Milli Mərkəzi Bürosu beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Azərbaycana ekstradisiyasını həyata keçirib.
"Yeni Sabah" xəbər verir ki, tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə cinayətini (Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi) törətməkdə ittiham edilmiş Ukrayna vətəndaşı Samik Babayev Almaniya Federativ Respublikasında həbs edilib.
S.Babayev Almaniyadan ölkəmizə gətirilib və Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilib. pizza
Telegram kanalımız