Qaxda dava: Tərəflər bir-birinə xəsarət yetirdilər

saytların hazırlanması

Evə çatdırılma

Qaxda dava: Tərəflər bir-birinə xəsarət yetirdilər

Hadisə

20 Mart 2026 00:55 700


Qax rayonunda dava baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Qax şəhərində qeydə alınıb.

Şəhər sakini, 34 yaşlı Adil Abdurəhmanov yaşadığı ünvanda tanışı, 18 yaşlı Rəvan Qadaşova kəsici alətlə xəsarət yetirib. R.Qadaşov isə boşqabla A.Abdurəhmanova xəsarət yetirib. Sezar pizza

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır. Tərəflərin xəsarətləri ilə bağlı müvafiq ekspertiza təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!