Qaxda hamilə qadını kim öldürmək istəyib?

saytların hazırlanması

Evə çatdırılma

Qaxda hamilə qadını kim öldürmək istəyib?

Kriminal

26 Avqust 2019 10:53 1253


Səhiyyə Nazirliyi Qaxın Turaclı kəndində özünə xəsarət yetirdiyi bildirilən hamilə qadınla bağlı məlumat yayıb. 

“Yeni Sabah”  xəbər verir ki, xəstə Mərkəzi Xəstəxanaya daxil olan zaman başının müxtəlif nahiyələrində travmalar, boğazda boğulma izləri olub. Qeyd edilir ki, qadının huşu özündə olmayıb.

Müayinə zamanı onun 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir. Marqarita pizza

Xatırladaq ki, bundan öncə yayılan xəbərdə A.V.-nın özünü öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrini yaraladığı deyilirdi. 

Məlumata görə, o, ailə daxilində yaranan münaqişə nəticəsində bu vəziyyətə düşüb. 

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!