Qaxda heyvanlar arasında profilaktik tədbirlər aparılır

saytların hazırlanması

Evə çatdırılma

Qaxda heyvanlar arasında profilaktik tədbirlər aparılır

Sosial

05 Fevral 2019 15:56 934


Qaxda heyvanlar arasında profilaktik tədbirlər aparılır.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə və digər tədbirlərin aparılmasına start verib. Aparılan tədbirlər çərçivəsində Qax Rayon Baytarlıq İdarəsi rayon ərazisində mülkiyyət formasından asılı olmayaraq təsərrüfatlarda saxlanılan heyvanlarda iti yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində epizootiya əleyhinə profilaktik tədbirlər aparır.

Qax Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ildə 12 sahə baytarlıq məntəqəsi vasitəsilə rayonun ayrı-ayrı təsərrüfatlarında saxlanılan 11147 baş iribuynuzlu, 520 baş təkdırnaqlı heyvanda və 1000 baş donuzda qarayara, 1685 baş sahibli itdə quduzluq əleyhinə peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 4 baş iribuynuzlu heyvandan bruselyozun müayinəsi üçün qan nümunəsi götürülərək, 1600 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. İribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda qarayara əleyhinə tədbirlərin fevralın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Dominos pizza

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!