Qaxda partlayış -   Yaralıların sayı 6-ya çatdı

saytların hazırlanması

Evə çatdırılma

Qaxda partlayış - Yaralıların sayı 6-ya çatdı

Hadisə

08 Oktyabr 2019 10:18 1359


Səhiyyə Nazirliyi Qaxda baş verən partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, Qaxda baş verən partlayış nəticəsində 6 nəfər Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Onlardan 4-ün vəziyyəti yüngül, 2-nin vəziyyəti isə orta-ağır stabildir.

Həkimlərin bildirdiyinə görə xəstələrin həyati təhlükəsi yoxdur. Sezar pizza

***

11:27

Qaxda partlayış baş verib, xəsarət alanlar var.

"Yeni Sabah"ın "Report"a istinadən məlumatına görə, bu gün səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!