Qaydaları pozan moped sürücüləri: Onlarla necə mübarizə aparmaq olar? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qaydaları pozan moped sürücüləri: Onlarla necə mübarizə aparmaq olar? - Açıqlama

Avto

30 Yanvar 2024 01:33 4013


Son zamanlarda avtomobil sürücülərinin ən çox şikayətləndiyi mövzu motosiklet və moped sürücüləri ilə bağlıdır. İddia olunur ki, bu nəqliyyat vasitəsini idarə edənlər, müxtəlif qayda pozuntularına yol verirlər. Maraqlıdır nəqliyyat ekspertləri mövzu ilə bağlı nə düşünür?

Sözügedən məsələ haqda nəqliyyat eksperti Yasin Mustafayev "Yeni Sabah"a danışıb. O bildirib ki, artıq həmin sürücülər barədə müəyyən tədbirlər görülür:

"Motosikletdən daha çox kiçik ölçülü olan mopedlər istifadə olunur. Artıq bu nəqliyyat vasitələri ilə bağlı müəyyən qanun qəbul olunub. Hərəkət sürəti 50 km-dən çox olan, eyni zamanda mühərikin həcmi 50 kub metrdən çox olan nəqliyyat vasitələrinə artıq qeydiyyat nişanı və eyni zamanda A1 kategoriyalı sürücülük vəsiqəsi tələb olunur. Artıq mopedlərin qeydiyyata alınması və kim tərəfindən idarə olunduğu haqqında məlumatlar rəsmi olaraq qeyd olunacaq. Əvvəllər bu nəqliyyat vasitələrinin kimin tərəfindən idarə olunduğu təyin etmək çətin idi. Buna görə də xaotik hərəkətlər daha çox baş verirdi. Artıq texniki vasitələrlə bu nəqliyyat növünün nizamı qeyd olunur və yol patrul xidmətinin əməkdaşları bu şəxslərə qarşı ciddi cəza tədbirləri görəbilir. Həmin sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi üçün ciddi tədbirlər görülmüşdür". pizza mizza

Ekspert sözügedən problemlə qarşılaşan sürücülərə belə tövsiyə verib:

"Artıq polislərin moped və motoskilet sürücülərinə qarşı cəzaların müəyyənləşdirildiyini görürük. Təbii ki, bu şəxslər piyadalara, bütün hərəkət iştirakçılarına bir təhlükə yaradır. Bu vəziyyətlə üzləşən şəxslər, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının fotosunu çəkib müəyyən qurumlara yönləndirərək şikayət edə bilərlər. Şəhərimizdə hər bir yerdə, "kor nöqtələrdə" kameralar var və hərəkətə mənfi təsir edib yol qaydalarını pozan sürücüləri təyin etmək elə də çətin deyil".

Nigar İlqarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!