Qaydanı pozan sürücü işdən çıxarıldı: BNA-dan   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qaydanı pozan sürücü işdən çıxarıldı: BNA-dan - Açıqlama

Avto

16 Sentyabr 2019 17:02 1219


Sosial şəbəkələrdə 40 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud pozaraq sərnişinlər və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratması ilə bağlı yayılan video dərhal nəzarətə götürülüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Məlumata görə, araşdırma zamanı 204 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TG-775 DQN avtobusun sürücüsünün Ələkbərov Asəf Musa olduğu müəyyən edilib: "Dərhal daşıyıcı və sürücü BNA-ya çağırılaraq izahatının alınması təmin edilib. Nəqliyyat vasitəsi müvəqqəti olaraq xətdən kənarlaşdırılıb. Sürücü yol verdiyi kobud qayda pozuntusuna görə daşıyıcının müvafiq əmri ilə işdən azad edilib. 40 nömrəli avtobusun dövlət qeydiyyatı nömrəsini görüntülərdən müəyyən edilməsi mümkün olmayıb. Hazırda digər vasitələrlə sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır. Bir daha qeyd edirik ki, sərnişindaşımada qoyulan tələblərə, o cümlədən, təhlükəsizliklə bağlı qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək". pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!