Qayınanası Gültəkin Hacıbəylinin maşınlarını əlindən aldı

saytların hazırlanması

Evə çatdırılma

Qayınanası Gültəkin Hacıbəylinin maşınlarını əlindən aldı

Siyasət

28 Fevral 2019 17:20 971


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və keçmiş qaynanası Nəhayət Məmmədovanın arasında pul və mülk davası olub.

Gültəkin Hacıbəyli hələ ərdə olan zaman qayınanasından evini təmir etdirmək, evinə mebel almaq üçün 50 min dollar borc alıb.

Qeyd olunur ki, söhbət Səməd Vurğun küçəsi, 92A ünvanında yerləşən 12 saylı mənzildən gedir: "Həmin mənzili 2003-cü ildə Gültəkin Hacıbəyliyə Bakı şəhər İcra Hakimiyyəti hədiyə edib. Sonradan qayınana pulunu tələb etsə də, Gültəkin Hacıbəyli verilən borcu geri qaytarmayıb. Buna görə də qaynanası məhkəməyə müraciət edib. Sezar pizza

Məhkəmə Nəhayət Məmmədovanın vəsatəti əsasında Gültəkin Hacıbəyliyə məxsus 10VU 003 dövlət nömrə nişanlı "Lexus” LX 570 və 10 KV 003 nömrə nişanlı "Toyota” Avalon markalı iki bahalı avtomobilə həbs qoyub.

Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!