Qayınanasını ölümcül döyən yeznə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qayınanasını ölümcül döyən yeznə tutuldu

Kriminal

23 Avqust 2019 19:05 1085


“Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Müsafayev küçəsində G. Abdullayevanın kürəkəni, Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı polisə daxil olan məlumat Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırılır”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, qohumlar arasında yaranan mübahisənin detalları ilə bağlı həmin şəxslərin izahatları alınıb. Toplanan materiallar əsasında E.Bayramov şübhəli şəxs qismində saxlanılıb. Sezar pizza

İzahatında E.Bayramov qeyd edib ki, avqustun 21-də günorta saatlarında həyat yoldaşı X.Hacıyeva aralarında mübahisə olduğu üçün onun evdən getməsini tələb edib, bundan sonra qayınanası G.Abdullayeva ona zəng edərək qızının uşaqla birlikdə onun evinə gəldiyini bildirib. Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb,  bundan əsəbiləşən E. Bayramov onların yaşadığı ünvana gedib, qayınanana fiziki təzyiq göstərərək xəsarət yetirib.

Tərəflərin arasında yaranan mübahisə ilə bağlı müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət verilməsi üçün materiallar toplanılmaqla, xəsarətlərin dərəcəsinin təyin olunması üçün ekspertiza təyin olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!