“Filmlərə çəkilməyə qoymurdu, heç ərim də bu qədər qısqanc deyildi”

saytların hazırlanması

Evə çatdırılma

“Filmlərə çəkilməyə qoymurdu, heç ərim də bu qədər qısqanc deyildi”

Mədəniyyət

27 May 2025 11:54 1121


“Mən bütün televiziya verilişlərinə baxıram. İndiki aparıcılara diqqət yetirmirlər. Ləhcə ilə danışanlar var. Amma qabaq belə şeylər yox idi. Geyimlər də indi verilişlərə uyğun olmur. Bir də baxırsan tamam açıq, sanki "sellofan"da. Bizi qoymazdılar "sellofan"da gəlməyə".

Yenisabah.az xəbər verir ki, bu sözləri Baku TV-yə müsahibəsində Xalq artisti Ofeliya Sənani deyib.

O əlavə edib: "Mənim üzüm heç vaxt krem dəyməyib. İşləyən zamanda, indinin özündə də. Böyük bayram verilişlərində qrimçi olurdu. Onu da mən istəmirdim. Onlar üzü elə dartırdılar ki, göz qıyılırdı. pizza

Artıq 10 il var ki, ekrandan uzağam. Hərdən olur ki, darıxıram. Mən hər həftə radioya gedirəm, uşaqlar üçün “Biləyən” verilişini oxuyuram. O verilişdən zövq alıram”.

Keçmiş aparıcı fəaliyyəti dövründə əldə etdiyi qazancından da danışıb:

“Aldığım qonorarın, maaşın hamısı paltarlara xərclənib. Mənim qədər qazanan aparıcı yox idi. 5 min, 3 min... kinostudiyaya gedəndə dublyajlardan 10 min manat alırdım. 2-3 ay yığılırdı, pulumu almağa vaxtım olmurdu. Axırda yazıq kassir evimə gətirirdi”.

Tanınmış aparıcı filmlərə çəkilməsinə də toxunub: "Qaynatam (SSRİ Xalq artisti Möhsün Sənani - red.) məni filmlərə çəkilməyə qoymurdu. Deyirdi, gəlnimi çağırdınız, məni də çağırın. Mən onun yanında olmalıyam.

“Dağlarda döyüş” filmində bir yerdə çəkilmişik. Biz dağlardan üzü aşağı qaçmalı idik. Orada cığır-mığır yox idi, ancaq qayalıqlar idi. Şahmar (Ələkbərov - red) yazıq da əlimdən tutmuşdu ki, mənə istiqamət versin, ayağım qayalığa dəyməsin. Möhsüm müəllim də dayanmışdı aşağıda. Qışqırırdı ki, Şahmar, qızın əlini burax, qoy özü qaçsın. Şahmar ona qulaq asmadı və üzüaşağı qaçdıq. Möhsün müəllim Şahmara tərs-tərs baxdı. Heç ərim də bu qədər qısqanc deyildi”

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!