Müğənni Afət Fərmanqızının Nəsimin qəzəlinə ifa etdiyi mahnı hələ də qalmaqala səbəb olmaqdadır.
“Yeni Sabah” big.az-a istinadən xəbər verir ki, bu dəfə mahnıya "Xalq uduzu"dan məşhurlaşan, xalq artisti Mələkxanım Əyubbovanın bacısı oğlu Mirkamil Kamilov fikir bildirib:
"Salam, hər kəsi salmalayıram. Çox adam yenə baxıb güləcək ki, bunun başı gedib. Başımda problem yoxdu. Neçə vaxtdır Nəsiminin qəzəli ilə bağlı olan məsələyə aydınlıq getirmək istəyirəm. O mahnını kim aranjiman edib? Həmən aranjmançıya üzümü tutub deyirəm, mənim nömrəmi tap zəng elə mənə. pizza mizza
Yoxsa qaz balonunu sənin studiana qoyub partladacam. Ya tapırsan məni da ya da tapın görüm o mahnını kim aranjman edib? Oxuyana aid heç bir şey yoxdu burada, o ideya müəllifi kimdirsə, ona deyirəm ki, qaz balonun qoyub studianı dağıdacam".
Telegram kanalımız