Qaz limiti bu tarixdə sıfırlanacaq -    RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Qaz limiti bu tarixdə sıfırlanacaq -  RƏSMİ

İqtisadiyyat

29 Dekabr 2025 10:46 58161


İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə zaman yenilənəcəyi maraqlandırır.

“Yeni Sabah” xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakıvaxt.az-a açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də "smart-kart" tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yenilənəcək:

“Mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər”. Dördpendirli pizza

E.Vəliyev qeyd edib ki, bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir:

“Abonentlər elə bilirlər ki, yanvarın ilk günlərində sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir”.

O, qeyd edib ki, yanvarın 6-7-dən sonra abonentlər alacaqları qazı 1200 kubmertlik limitlə əldə edəcəklər:

“Bu isə 12,5 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12,5 qəpik ödəyirlər.

Limit keçildikdən sonra isə 2500 kuba qədər istifadə olunan qazın hər kubmetrinə görə abonent 22 qəpik ödəyir. 2500 kubmetr keçdikdən sonra isə 30 qəpikdən hesablanır".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Əliyev Taleh
    Salam aleykum mənə marağlı budurki hazır kartla vurulan sayğacı dəyişib yerinə mexaniki qoydular yəni kartla yaxşı rüşvət ala bilmirdilər deyə bunu etdilər ? Plusda bu Limit İnşəAllah nə vaxt sıfırlanır ? Bunlardan olsa Haramzadə kimi vaxtı uzadarlar
    4 months ago
  • Suleyman
    Bu da növbəti yalandan başqa bir şey deyil Abonent özü 31 gecə sayğacı yazıb sifirlaya bilir ama Azəriqaz qəbul etmir daha 7 gün müftə pul alır Təbii ki hər yanda olduğu kimi hədəf xalqın cibidir
    4 months ago
  • Seid Tt
    Qaz balansına pul vurmaq olmur sisdem işləmir nə vaxt düzələr?
    4 months ago
  • Nicat
    Salam her vaxtınız xeyr ümumi olaraq limt leğv edilse daha gozel olar misal karta 20₼ ödənis olur kartı sayğaca köcürmədə yüklənən balans 9,1 qəpik olmaqı şəxsən məni cox pis təsir gostərir bir Azərbaycan veteranı olaraq
    5 months ago
  • Behruz Muradov
    Qaz limitinin dəyişməsi mexaniki sayqaclarda yanvar ayının 7-8-nə dək davam edir bu da həmin şəxslərin hər gün üçün əlavə olaraq 7-8 manat itirməyi deməkdir bu isə külli miqdarda pul deməkdir.
    5 months ago