“Qaz yoxdur, evimiz buz kimidir”

saytların hazırlanması

Evə çatdırılma

“Qaz yoxdur, evimiz buz kimidir”

Rəsmi

27 Yanvar 2019 02:55 1073


Bərdə rayonunun Əliyanlı kənd sakinləri qışın oğlan çağında mavi qazın yoxluğuna görə çətin duruma düşüblər. 

Evlərə mavi qazın çəkilişi həyata keçirilsə də, qaz normal təzyiqdə verilmir. Əliyanlılılar çıxış yolu kimi odun yandırmağa məcbur olublar. Kənd sakini Yasin Gülməmmədov problemlə bağlı dəfələrlə qaz idarəsinə müraciət etdiklərini deyib: "Bildirmişik ki, təzyiq zəifdir. Gəlin, səbəbini aydınlaşdırın. Niyə zəifdir? Ancaq nə gələn, nə də cavab verən olub. Şikayətimizə baxan yoxdur. Evdə xəstəmiz, körpə uşağımız var. Özüm hazırda xəstəyəm. Evimiz buz kimidir".

Digər kənd sakini Vüqar Məmmədov da yaranmış durumdan gileylənib: "Evimizi isidə bilmirik. Yandırdığımız qaz çaydanı çətinliklə qızdırır. Bir çox sakinlərin evində vəziyyət belədir. Dəfələrlə qaz idarəsinə, "Azəriqaz"ın qaynar xəttinə müraciət etsək də, laqeyd münasibətlə üzləşmişik". pizza

Əliyanlılılar mavi qaza görə vaxtlı-vaxtında ödəniş etsələr də, qazın alovuna isinə bilmirlər. 

Tərtər Regional Qaz İdarəsinin Bərdə rayon bölməsinin Qaz Qəza Xidmətinin rəisi Bəxtiyar Aslanov əliyanlılıların qazla bağlı problemlərindən məlumatsız olduğunu bildirib. Ümumiyyətlə, həmin ərazidə qazın təzyiqi barədə deyilənləri inkar edib. Ancaq əraziyə mütəxəssislərin ezam olunması, faktın araşdırılması, problemin mövcudluğu təsdiq olunarsa, tədbir görülməsi barədə göstəriş verəcəyini də qeyd edib.

***

Sonra o, məlumat verib ki, günün sonunda əraziyə mütəxəssis göndərilib. Lakin kənd sakinlərinin qazın evlərə verilişi ilə bağlı hər hansı bir narazılığının olmadığı məlum olub.

Kənd sakini Yasin Gülməmmədov bildirib ki, idarənin əməkdaşları həqiqətən də kənddə olublar. Lakin küçənin başlanğıcında yaşayan sakinlərlə görüşüblər. Y.Gülməmmədov onu da əlavə edib ki, 1-ci, 2-ci küçələrdə qaz yaxşı yanır, lakin 3-cü və onların yaşadığı 4-cü küçədə mavi yanacaq evləri isitmə gücündə deyil.

Sputnik.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!