Qazaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

Hadisə

06 Sentyabr 2025 23:01 270


Fövqəladə Hallar Nazirliyinin "112" (FHN) qaynar telefon xəttinə Qazax rayonunun Çaylı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar. Dördpendirli pizza

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli xəsarətlər alaraq "VAZ-2107" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Bayramov Niyaz Eyvaz oğlunu, eləcə də  sərnişinləri, 1992-ci il təvəllüdlü Nuriyev Rəşad İbrahim oğlu və 1989-cu il təvəllüdlü Sadıqov Sadıq Məhəmməd oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!