Qazaxda bədbəxt hadisə: Partlayışda yeniyetmə bacı-qardaş yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda bədbəxt hadisə: Partlayışda yeniyetmə bacı-qardaş yaralandı

Hadisə

23 Aprel 2022 18:37 545


Qazaxda bədbəxt hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Quşçu Ayrım kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, bacı-qardaş ərazidə mal-qara otaran zaman hələ ki dəqiq bilinməyən partlayıcı aşkarlayıblar. Oğlan onu yerə çırpan zaman kiçik partlayış baş verib. Sezar pizza

Xəsarət alanlar 2010-cu il təvəllüdlü Nuriyev Cavad Mikayıl oğlu və onun bacısı, 2008-ci il təvəllüdlü Nuriyeva Nabad Mikayıl qızıdır. N.Nuriyevanın vəziyyəti normal, digərinin vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!