Qazaxda əl qumbarası və top mərmisi tapıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qazaxda əl qumbarası və top mərmisi tapıldı - Fotolar

Kriminal

10 Sentyabr 2019 16:48 1267


Qazax rayonunda əl qumbarası, alışdırıcı və top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Yeni Sabah”a daxil olan məlumata görə, sentyabrın 10-da 12:09-da Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə Qazax rayonunun Daşsalahlı və Kəmərli kəndləri ərazisində əl qumbrasının, alışdırıcının və mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib. pizza

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş kəndlərin ərazisində otlaq sahəsinə baxış keçirilibş Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Daşsalahı kəndi ərazisində 1 ədəd F-1 əl qumbarası və tərkibində heç bir partlayıcı maddə olmayan MVÇ-62 partladıcısı, Kəmərli kəndi ərazisində isə 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi təyinatlı əşyaların ətrafında 1 200 kv.m əraziyə yerüstü, 250 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!