Qazaxıstan hökuməti ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması ilə bağlı şayiələri təkzib edib.
Yenisabah.az xəbər verir ki, bu barədə İnformasiya və Sosial İnkişaf Nazirliyinin dəstəyi ilə yalan məlumatlara qarşı mübarizə məqsədilə yaradılmış Qazaxıstanın “StopFake” portalı məlumat yayıb.
Həmin məlumata görə, "Telegram"da Qazaxıstanın Aİİ Gömrük İttifaqından çıxmaq təşəbbüsü ilə çıxış etdiyi barədə informasiya yer alıb. Səbəb isə guya “Qazaxıstan və Rusiya arasında həll olunmamış fikir ayrılıqları”ndadır. Sezar pizza
“Bu, doğru deyil. Bu informasiya Ticarət və İnteqrasiya Nazirliyi tərəfindən təkzib edilib. Qazaxıstanın planları ilə bağlı məlumatlar həqiqətə uyğun deyil", - deyə nazirliyin mətbuat xidmətindən bildiriblər.
Ölkənin Xarici İşlər Nazirliyi də bu iddiaları təkzib edib:
“Məlumatda Qazaxıstanın Aİİ-dən çıxmağı planlaşdırdığını iddia edən müəllif bəzi mənbələrinə istinad edir. Bu, saxtakarlıq əlamətlərindən biridir, çünki mənbəni tapmaq və yoxlamaq demək olar ki, mümkün deyil. Rəsmi portallarda və KİV-də Qazaxıstanın Aİİ-dən çıxmaq planları ilə bağlı heç bir məlumat yoxdur”.
Telegram kanalımız