Qazaxıstanda türk PUA-sı istehsal ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanda türk PUA-sı istehsal ediləcək

Dünya

11 May 2022 14:07 178


TUSAŞ aerokosmik şirkəti və "Kazakhstan Engineering" Türkiyənin "Anka" PUA-larının Qazaxıstanda birgə istehsalını qurmağı planlaşdırır.

Yenisabah.az “Milliyet” qəzetinə istinadla xəbər verir ki, tərəflər müvafiq niyyət protokolu imzalayıblar.

Layihə pilotsuz təyyarələrin yığılması ilə yanaşı, onlara texniki xidmət göstərilməsi və texnologiyanın ötürülməsini nəzərdə tutur. Toyuqlu pizza

Qazaxıstan Türkiyə hüdudlarından kənarda “Anka” zərbə və kəşfiyyat təyyarələrini yığan ilk ölkə olacaq.

TUSAŞ-ın baş direktoru Temel Kotil sövdələşmənin həyata keçirilməsinin Türkiyə ilə qardaş Qazaxıstan arasında ticarət və dostluq əlaqələrini daha da gücləndirəcəyini qeyd edib.

Daha əvvəl bildirilib ki, Türkiyə Qazaxıstanla 2021-ci ildə imzaladığı müqavilə çərçivəsində ona üç “Anka” PUA-sı satacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!