Qazilər Şurası məhərrəmliyə dair fətva verdi

saytların hazırlanması

Evə çatdırılma

Qazilər Şurası məhərrəmliyə dair fətva verdi

Din

23 İyun 2025 11:10 5221


Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.

Uenisabah.az xəbər verir ki, Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə iyunun 26-na təsadüf etməsi gözlənilir.

Son illər məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalqın təqdir etdiyi hadisədir: Sezar pizza

"Bu il də humanist ənənəni davam etdirərək Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında qanvermə aksiyası keçiriləcək. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb-səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək".

Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinə görə qəbuledilməzdir:

"Eyni zamanda “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edilərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. Qanunlara əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!