“Qəbələ” də maliyyə hesabatını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” də maliyyə hesabatını açıqladı

İdman

10 May 2019 13:13 898


"Qəbələ" 2018-ci il üçün maliyyə hesabatını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, bölgə təmsilçisinin ötən il gəlirləri 7 milyon 748 min manat, xərcləri isə 8 milyon 303 min manat təşkil edib.

Bilet və abunəlikdən 100 min, UEFA-dan pul mükafatı kimi 1 milyon 658 min manat, digər gəlirlər isə 6 milyon 84 min manat olub. Dominos pizza

Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyasına (oyunçulardan başqa) 432 min manat, gənclər futbolunun inkişafına 1 milyon 416 min manat, digər xərclərə 6 milyon 455 min manat sərf olunub.

Maliyyə ili üçün ümumi zərər 555 min manat olub.

Hesabatda klubun cari və cəmi öhdəlikləri 2 milyon 916 min manat, cəmi kapitalı 10 milyon 754 min manat, cəmi aktivləri isə 13 milyon 670 min manat göstərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!