“Qəbələ” - Heç cür alınmır…

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” - Heç cür alınmır…

İdman

18 Aprel 2026 08:57 677


Misli Premyer Liqasının 28-ci turunun “Sumqayıt” – “Qəbələ” oyunu tərəflərin yubiley qarşılaşması olacaq.

"Yeni Sabah" xəbər verir ki, komandalar ölkə çempionatında 50-ci dəfə üz-üzə gələcək.

100-ün yarılanacağı duel öncəsi “Qəbələ” böyük üstünlüyə malikdir. Belə ki, əvvəlki 49 matçın 25-də qələbə qazanan “qırmızı qaralar” yalnız 9 dəfə xalsız qalıb. Dördpendirli pizza

Bu, top fərqində də özünü aşkar büruzə verir – “Qəbələ” 71, “Sumqayıt” 39 qolla yadda qalıb. Lakin artıq 6 oyundur, yəni 3 ildir “gənclik şəhəri” təmsilçisi rəqibinə uduzmur. “Qəbələ” hətta son 5 matçda qol da vura bilməyib.

Aprelin 19-da Mehdi Hüseynzadə adın Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 18:00-da səslənəcək./Sportinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!