Qəbələdə dəhşət: minik maşını ağaca çırpıldı, 2 nəfər öldü

Qəbələdə dəhşət: minik maşını ağaca çırpıldı, 2 nəfər öldü

Hadisə

30 Oktyabr 2019 07:40 886


Qəbələ rayonunun Mirzəbəyli kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

"Yeni Sabah"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!