Bu gün Topaz Premyer Liqasının 22-ci turunda “Qəbələ” doğma meydanında “Sabah”ı qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, komandanın baş məşqçisi Elşad Əhmədov oyunu şərh edib. Onun sözlərinə görə, oyun maraqlı keçib:
"Qəbələ"nin bizə qarşı aqressiv oynayacağını gözləyirdik. Rəqib ikinci hissədə daha yaxşı oynadı. Uşaqlara meydanda daha hərəkətli olmağı tapşırmışdım ki, onlar da bunun öhdəsindən gəldilər. Oyun epizodlarında bəzi boşluqlarımız var idi. Məncə, “Qəbələ”dən bir xalla qayıtmaq bizim üçün yaxşı nəticədir". pizza mizza
Telegram kanalımız