“Qəbələ”nin Taleyi...

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ”nin Taleyi...

İdman

11 Aprel 2019 03:45 1585


Bu gün "Qəbələ"nin prezidenti Tale Heydərov vəzifəsindən rəsmi olaraq istefa verdi. O Tale ki, klub onun zamanında Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı, Premyer Liqada gümüş, bürünc medala yiyələndi.

Heç bir səbəb açıqlanmadan verilən istefa hamıda təəccüb yaratdı. Ki, axı niyə?

İndi hamını bir sual düşündürür ki, bəs bundan sonra klubun taleyi necə olacaq? Bu qədər yaxşı bazası olan bir klubun bundan sonraki aqibəti kimin və ya kimlərin əlində "cəmləşəcək"? pizza mizza

Və hər kəsin ağlında toplanan o fikirlər: AFFA ölməyib ki, "Qəbələ"yə də "yiyələnər". 

Görün, nə gündəyik, necə ağlamalı vəziyyətdəyik ki, bir klub prezidenti gedən kimi AFFA-nın ona sahiblənəcəyini fikirləşirik. Haqsız da düşünmürük. Buna şərait yaradan AFFA olub çünki. İllərdir, futbolun nəinki özünü, hətta tozunu da sovurub-süpürən bir qrumdan gözləntimiz bundan artıq olmaz hər halda. 

"Yeyə-yeyə" 8 kluba salınan bir çempionat, çempionatın da müstəqil qalan cəmi 2 klubu... "Qəbələ"ni artıq siyahıda qeyd edə bilmirəm. Buyura bilərsən, AFFA. Yemək qarşındadır. 

Kim sahiblənəcək ki, "Qəbələ"yə? Yəni, elə bir şəxs görürsünüz, həqiqətən? Ümid edirəm ki, koram. Çünki mən görmürəm.

İstədiklərinə, "A" planına addım-addım yaxınlaşıblar. Necə deyərlər, "bütün klublar Bakıda olsun, biz də bir də əziyyət çəkib bölgələrə getməyək". Çünki region futbolunun inkişafı onlara sərf etmir. Futbol regiondan başlanır. Amma bizdə başlanğıcı məhv edirlər ki, geriyə heç nə qalmasın. 

Başından qapazlaya-qapazlaya "Qəbələ"ni də "Şəmkir", "Xəzər Lənkəran", "MKT Araz" və digər morqdakı klubların arxasınca göndərəcəklər. Bir dənə də daş atacaqlar ki, qayıtma bizə sən də lazım deyilsən, "Qəbələ". Atdıqları daş da  düyünə dönüb sallanacaq azarkeşlərin boğazından. 

Deyirlər ki, bəlli olmaz hələ bunlar. Məncə, uzağı görmək üçün eynəyə ehtiyac yoxdur, nə də alim olmağa. Uzağı, 1 il, 2 il. Aqibət bəllidir, son məlumdur. Axırıncı dəfə Lənkərandakı yer sürüşməsi indi Qəbələni alıb ağuşuna ki, gəl gedək. Səni əmi "oppa"lara aparacaq.

Təki, yanılaq. Çünki bizim çempionatdakı rəqabət üçün "Qəbələ"yə ehtiyacımız var. Ümid edək ki, Qəbələni "Qəbələ"siz qoymayacaqlar. Ümid edək ki, Premyer Liqada "Qəbələ" adını hələ çox görəcəyik. Ümid edək...

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!