Qəbiristanlığı təmizləyərək fenomenə çevirildilər - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Qəbiristanlığı təmizləyərək fenomenə çevirildilər - FOTOLAR

Maraqlı

08 Oktyabr 2025 13:12 989


Türkiyənin Bursa vilayətində 16 və 18 yaşlı iki qardaş nənələrinin məzarını təmizləməklə başladıqları işlə sosial mediada minlərlə insanın rəğbətini qazanıblar.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, birlikdə yaşadıqları nənələrini dörd ay əvvəl xəstəlik səbəbilə itirən qardaşlar bu itkini çox ağır keçiriblər.

Onlar hər gün Karacabey qəbiristanlığına gedərək nənələrinin məzarını təmizləyiblər. Dördpendirli pizza

Bir müddət sonra qəbiristanlıqdakı baxımsız və ot basmış məzarları görən qardaşlar könüllü şəkildə həmin qəbirlərin də üstünü təmizləyiblər. Onlar quru otları və yarpaqları təmizləyib, çiçəklər əkib və ətrafı səliqəyə salıblar.

Xeyirxah davranışlarını sosial mediada da paylaşan gənclər, on minlərlə izləyici tərəfindən alqışlanıblar.

16 yaşlı məktəbli Məhəmməd Əli Hiçdönməz deyib:

“Əvvəlcə yalnız nənəmizin məzarını təmizləyirdik. Sonra yanındakı məzarların da baxımsız olduğunu gördük və onları da təmizləməyə başladıq. İnsanların diqqətini bu məsələyə çəkmək üçün sosial şəbəkədə video paylaşdıq. Çox bəyənildi, çox dəstək aldıq. Bu bizi daha da ruhlandırdı. Əlimizdən gəldiyi qədər bütün qəbiristanlığı təmizləmək istəyirik”. 

Əsmətxanım 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!