Qəbiristanlıqdakı qətlin səbəbi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Qəbiristanlıqdakı qətlin səbəbi bəlli oldu

Kriminal

11 Fevral 2019 21:10 1069


Siyəzən rayonunda atışma hadisəsi baş verib. Hadisə səhər saatlarında, rayondakı qəbiristanlıqların birində yaşanıb. Atışma nəticəsində Elşən Qədirli Asim Əbdulov tərəfindən güllələnərək öldürülüb.

İlkin ehtimala görə, qətlin səbəbi öldürülən şəxsin – E.Qədirlinin A.Əbdulovun evinə gələrək, pəncərəni gizlincə döyməsi olub. Bundan qəzəblənən A.Əbdulov E.Qədirlini qəbiristanlığa aparıb və onun belə cəzalandırıb.

Hadisə ilə bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır. Qətli törədən Asim Əbdulov həbs olunub. pizza

Sputnik Azərbaycan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!