Qəbiristanlıqlar bələdiyyələrin balansına keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Qəbiristanlıqlar bələdiyyələrin balansına keçiriləcək

Din

10 May 2019 12:07 1397


Azərbaycanda qəbiristanlıqlar bələdiyyələrin balansına keçiriləcək. 

"Yeni Sabah" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, Komitə Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə qəbiristanlıq və onların salınması ilə bağlı məsələlərin tənzimlənməsi üçün sənəd hazırlayıb. pizza

"Bu sənəd Nazirlər Kabinetində artıq təsdiqlənib. Eyni zamanda, Nazirlər Kabinetinin sərəncamına əsasən, qəbiristanlıqları sənəddə nəzərdə tutulduğu kimi, bələdiyyələrin balansına keçməsi ilə bağlı müddət göstərilib. Həmin müddət ərzində bələdiyyələrin balansına keçməli olan qəbiristanlıqlarda bu proses yekunlaşdırılacaq", - deyə sədr müavini bildirib.

G.İsmayılov deyib ki, Nazirlər Kabinetinin qəbiristanlıqlarla bağlı müvafiq qərarında Şəhidlər Xiyabanı və Fəxri Xiyabana bağlı məsələlər də öz əksini tapıb.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır və aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək: "Qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə bağlı konkret müddət Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin müddətin növbəti bələdiyyə seçkiləri ilə bağlı heç bir əlaqəsi yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!