Qəçrəş kəndi Quba rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur. Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini seyr etməkdən zövq alırlar. Son illər dincəlmək üçün Qəçrəş meşəsini seçənlərin arasında əcnəbi turistlərin sayı xeyli artıb.
AZƏRTAC-ın bölgə müxbiri Qəçrəşin qarlı mənzərəsini izləməyə gələn israilli turistlərlə görüşüb, onların Azərbaycan haqqında fikirlərini öyrənib.
Agentlik əməkdaşı həmçinin meşədən maraqlı fotolar çəkib. Sezar pizza
Telegram kanalımız