Qədr gecələri nə vaxtdır? - QMİ-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qədr gecələri nə vaxtdır? - QMİ-dən açıqlama

Din

21 Aprel 2022 02:08 5650


Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində yer alıb.

Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edib. pizza sifarişi

Aprelin 21-i ikinci (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü üçüncü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də isə sonuncu - dördüncü (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecəsi olacaq.

Qeyd edək ki, Ramazan ayı Azərbaycanda aprelin 2-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!