Qədr gecəsi: “Namaz qılmayan, oruc tutmayan şəxs də ibadət edə bilər“

saytların hazırlanması

Evə çatdırılma

Qədr gecəsi: “Namaz qılmayan, oruc tutmayan şəxs də ibadət edə bilər“

Din

20 Aprel 2022 13:36 5611


"Qədr (Əhya) gecələrinin ibadəti 83 ilin ibadətinə bərabərdir".

Bunu Yenisabah.az-a açıqlamasında dinşünas Samit Quliyev deyib.

“Bu gecənin adı Qurani-Kərimdə də zikr olunub. Quranda aylardan yalnız Ramazan ayının, gecələrdən isə Qədr gecəsinin adı qeyd olunub. Dilimizdə tərcümədə "qədirli", "qiymətli" anlamına gəlir. Daha üstün gecə mənasındadır. Dominos pizza

Allah-Təala Qurani-Kərimi də Qədr gecəsində nazil edib. O min aydan daha xeyirli gedədir. Bu gecə olunan ibadətlər 83 ilin ibadətinə, yaxşılığına bərabərdir”.

S. Quliyev qeyd edib ki, bu gecə hər kəs ibadət edə bilər:

“Təkcə oruc tutub namaz qılanlar yox, hamı ibadət edə bilər. Bunun üçün xüsusi məhdudiyyət yoxdur. Bu gecə hamı günahkardır. Rəbbimizinrəhmət qapısı bu ay açıqdır. Bu gecə hər bir kəs o qapını döyə bilər. Namaz qılmayan, oruc tutmayan şəxs də ibadət edə bilər”.

Nəzrin Vahid  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!