“Qəfil vəziyyətlərə hazır olun” -   DYP-dən XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“Qəfil vəziyyətlərə hazır olun” - DYP-dən XƏBƏRDARLIQ

Hadisə

27 Mart 2026 15:18 1996


Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava, eləcə də bəzi istiqamətlərdə yaranan dumanlı şərait yol hərəkəti üçün əlavə çətinliklər yaradır. Görmə məsafəsinin məhdudlaşması və yol örtüyünün sürüşkən olması qəza riskini əhəmiyyətli dərəcədə artırır.

“Yeni Sabah” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli və məsuliyyətli davranmağa çağırır.

Sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitələrini idarə edərkən sürət həddini yol və hava şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırmaqla qəfil vəziyyətlərə hazır olsunlar, manevr və ötmə zamanı xüsusi ehtiyatlı davransınlar. Eyni zamanda, texniki baxımdan şüşəsilənlərin, işıq cihazlarının və təkərlərin saz vəziyyətdə olması diqqətdə saxlanılmalıdır. Sezar pizza

Piyadalar isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, hərəkətə başlamazdan əvvəl yolun təhlükəsiz olduğuna əmin olmalı, xüsusilə məhdud görünmə şəraitində özlərinin daha aydın görünməsinə diqqət yetirməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, mürəkkəb hava şəraitində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından birbaşa asılıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!