Qəhrəman əsgərlərimiz azad olunan torpaqlarda - Video

saytların hazırlanması

Evə çatdırılma

Qəhrəman əsgərlərimiz azad olunan torpaqlarda - Video

Rəsmi

02 Oktyabr 2020 17:33 8978


Azərbaycan Televiziyası bu gün – 2 oktyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun Ermənistan işğalından azad etdiyi torpaqlardan görüntülər yayımlayıb.

Müxbir Anar Şuşalının hazırladığı reportajda döyüş əməliyyatlarında iştirak edən hərbçilərimizdən müsahibə yer alıb.

Döyüşdən çıxmış əsgərlər ailələrinə salam göndəriblər. Onlar orduda böyük ruh yüksəkliyinin hökm sürdüyünü qeyd ediblər. Toyuqlu pizza

Qeyd edək ki, oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib.

Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.

Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!