“Qəhrəman hərbçilərimiz qardaşımın qisasını alıblar” - Şəhid bacısı

saytların hazırlanması

Evə çatdırılma

“Qəhrəman hərbçilərimiz qardaşımın qisasını alıblar” - Şəhid bacısı

Sosial

20 Sentyabr 2024 20:17 405


Azərbaycanın qəhrəman hərbçiləri şəhidlərimizin qisasını alıblar.

"Report"un Qərb bürosunun məlumatına görə, bunu 31 ildən sonra nəşinin qalıqları tapılaraq Gədəbəydə dəfn olunan şəhid Bilal Qəhramanovun bacısı Nazangül Qəhramanova bildirib.

"O, çox vətənpərvər oğul idi. Deyirdi ki, ana-bacılarımızın qisasını almadan ölməyəcəyəm. O, öz arzusuna çatdı, qisasını alaraq şəhid oldu. Lakin bizim arzumuz gözümüzdə qaldı, onun sağ-salamat evimizə dönməsini gözləyirdik. Şükür ki, qəhrəman hərbçilərimiz qardaşımın qisası alıblar. Başda cənab Prezidentimiz İlham Əliyev olmaqla, bu işlərdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm," - deyə şəhid bacısı bildirib. pizza

Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 1970-ci il iyunun 1-də anadan olub. O, 1994-cü il yanvarın 4-də Ağdam rayonunun Qarakənd kəndi (“Çeyl” yüksəkliyi) istiqamətində itkin düşüb.

B.Qəhramanovun nəşinin qalıqları Gədəbəy Şəhidlər xiyabanında dəfn olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!