“Qələbəni klub rəhbərliyinə həsr edirik” – Filip İvanoviç

saytların hazırlanması

Evə çatdırılma

“Qələbəni klub rəhbərliyinə həsr edirik” – Filip İvanoviç

İdman

08 Aprel 2019 21:08 845


“Səbail” üzərində qələbə (3:1) müdafiəçi Filip İvanoviç üçün ikiqat sevindirici olub. 

“Yeni Sabah” xəbər verir ki, oyunda komandanın bərabərlik qoluna imza atan serbiyalı futbolçu, həm də Premyer Liqada ilk qolunu vurub.

Müdafiəçi “Sabah”ın rəsmi saytına açıqlamasında qələbəni şərh edib. O, açıqlamasında qələbəni klub rəhbərliyinə və məşqçi heyətinə həsr etdiklərini bildirib: pizza mizza

“Çətin qələbə qazandıq. Meydanda əsl xarakter nümayiş etdirdik və sübut etdik bu komandanın böyük bacarığı var. Bu qələbəni klub rəhbərliyinə, məşqçi heyətinə həsr etmək istərdik. Çünki bu qələbənin onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirik. Həmçinin, bizi daim dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

Komandada ilk qolumu vurduğuma görə şadam. Sevinirəm ki, bu qol bizim çətin qələbəmizə töhfə verdi. Ancaq bu matç artıq geridə qaldı. İndi diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!