Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab  - Türkiyədə çap olundu

saytların hazırlanması

Evə çatdırılma

Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab - Türkiyədə çap olundu

Sosial

27 Sentyabr 2024 15:01 412


Ankarada mərhum millət vəkili, Türk Dünyasının görkəmli ziyalısı Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş kitab çap olunub. 

Araşdırmaçı-jurnalist Şəhla Aslanın təşəbbüsü ilə hazırlanan bu kitab Q. Paşayevanın həyat və fəaliyyətinə dair fikirləri əks etdirən məqalələr toplusundan ibarətdir.

Kitabda Türkiyənin elm və təhsil adamlarının, siyasətçilərin, jurnalistlərin və digər tanınmış şəxslərin yazıları yer alıb.  Sezar pizza

Məqalələrdə Q. Paşayevanın ictimai-siyasi fəaliyyətinə, Türk dünyasının birliyinə və inkişafına verdiyi töhfələrə dair düşüncələr geniş şəkildə işıqlandırılır. Müəlliflər onun şəxsiyyəti və gördüyü işlər haqqında dərin fikirlərini bölüşərək, Paşayevanın böyük ictimai xadim kimi fəaliyyətini vurğulayıblar.

Şəhla Aslan bildirib ki, bu kitab Qənirə Paşayevanın düşüncələrini və ona olan fikirləri gələcək nəsillərə çatdırmaq üçün əhəmiyyətli bir mənbədir: “Bu kitabda Türkiyənin tanınmış şəxslərinin yazıları vasitəsilə Q. Paşayevaya olan düşüncələr onun həyat yoluna ışıq tutulur. Kitab Türkiyənin müxtəlif kitabxanalarına və mədəniyyət mərkəzlərinə təqdim ediləcək." 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!