Qərar verildi: Avtomobil qiymətləri artacaq?

saytların hazırlanması

Evə çatdırılma

Qərar verildi: Avtomobil qiymətləri artacaq?

Avto

20 Mart 2025 16:11 4951


Xəbər verdiyimiz kimi, xarici ölkələrdən gətirilən və gömrük terminalına daxil olan avtomobillər üçün ödənilən terminal haqqı artırılıb. Belə ki, qiymət 200 manatdan 300 manata qaldırılıb. Qərar ictimaiyyətdə müzakirələrə səbəb olub.

Bu, avtomobil satış bazarına necə təsir edəcək?

Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki,  bunun avtomobil satışına təsir imkanları zəifdir: Pepperoni pizza

“Əksinə, qərarın müəyyən qədər gömrük yığımlarının artımına xidmət etdiyini düşünürəm. Avtomobillərin qiyməti ilə bağlı məsələyə yanaşma isə bütün hallarda doğru deyil. Birdən-birə 50 faizlik artım yolverilməzdir”.

İqtisadçı Asif İbrahimov isə bildirib ki, terminal haqqında, gömrük rüsumlarında və müəyyən tariflərdə dəyişiklik olanda bu, yekun qiymətə təsir edir:

“Sözügedən rəqəm cüzi də olsa, qiymətlərdə fərq yaradır. Bu baxımdan fikrimcə, yeni qərar avtomobil bazarından da yan keçməyəcək”.

Qeyd edək ki, terminal haqqının artması ilə yanaşı, yeni bəyannamə sənədi də tələb olunur. Yəni avtomobil ölkəyə gəlməmişdən əvvəl onun haqqında bəyannamə hazırlanıb gömrük orqanına təqdim olunmalıdır. Bu sənədin təxmini qiyməti isə 35 manatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Əli
    avtomobil ölkəyə gəlməmişdən əvvəl onun haqqında bəyannaməni hardan almaq olar. Və bu haqda kimə müraciət etmək olar.
    1 year ago