“Qərb Ermənistanı Türkiyənin himayəsinə verir” - Şok iddia

saytların hazırlanması

Evə çatdırılma

“Qərb Ermənistanı Türkiyənin himayəsinə verir” - Şok iddia

Siyasət

18 Fevral 2023 14:57 1605


Münhen Təhlükəsizlik Konfransının Ermənistan üçün heç bir perspektivi yoxdur. Çünki biz Qərb üçün lazımsız baş ağrısına çevrilmişik.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

“Qərbin təsəvvürünə görə, Ermənistanın yeri Türkiyənin himayəsi altında olmaqdır. Başqa sözlə, Qərbə görə, bizim təhlükəsizliyimiz və perspektivimiz düşmənimizlə qarşılıqlı anlayış tapmaqdan keçir. Əminəm ki, Ermənistana alternativ təhlükəsizlik modeli təklif edilmir və bundan sonrakı formatların heç birində də edilməyəcək”, - deyə o bildirib. Sezar pizza

Onun sözlərinə görə, Nikol Paşinyan konfransa öz hakimiyyətinə zəmanət almaq üçün gedib:

“Məncə, o, qeyri-rəsmi görüşlər üçün konfransa gedib ki, avropalılardan Rusiyaya qarşı gələcək konfliktdə hakimiyyəti üçün zəmanət alsın. Onun hakimiyyəti əvvəldən Rusiya və İrana münasibətdə düşmən xarakterli olub. İndiyə qədər baş verən prosesləri nəzərə alsaq, Nikol Qərbin Ermənistanın zərərinə olan istənilən təklifi və tələbinə razılıq verəcək”./Globalinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!