Qərb niyə Ukraynanı təslimçiliyə çağırır? -   “Ukrayna qurban getdi...“

saytların hazırlanması

Evə çatdırılma

Qərb niyə Ukraynanı təslimçiliyə çağırır? - “Ukrayna qurban getdi...“

Siyasət

01 İyun 2022 14:33 1533


“Bu gün Avropada mövqe parçalanması ilə bağlı fikir ayrılığının şahidi oluruq”.

Bu sözləri Yenisabah.az-a Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.

O, Qərb rəsmilərinin Ukraynanın kompromislərə getməsi, torpaqlarının işğalı ilə barışması barədə artan təkidlərindən söz açıb: Marqarita pizza

“Əslində, hadisələr başlandığı dönəmdə Almaniya kansleri Olaf Şolz bildirmişdi ki, biz Rusiyaya tətbiq olunan sanksiyalara qoşulub milyonlarla iş yerinin bağlanmasına və iqtisadi inflyasiyanın yüksək həddə çatmasına gətirib çıxaran siyasət yürütməyəcəyik. Təbii ki, o, Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsini pislədi, lakin Rusiya ilə münasibətlərini pozmayacağını bildirdi.

Söhbət enerji münasibətlərindən gedir. Eyni zamanda, Rusiyanın bu mövqeyinə qarşı ən sərt mövqe göstərən Böyük Britaniyanın Baş naziri Boris Conson da bildirmişdi ki, 2022-ci ilin sonuna qədər onlar Rusiyadan neft-qaz tədarükünü dayandırmayacaqlar. Fransa da mümkün qədər manevr edib həm Rusiya ilə, həm də Ukrayna ilə münasibətləri qorumağa çalışırdı. 

Təbii ki, fikir ayrılığının olacağı gözlənilən idi və bu, getdikcə də dərinləşəcək. Bəzi dövlətlər hətta açıq şəkildə Ukraynaya təsir göstərməyə çalışacaqlar. Onlar soyuq aylarda Rusiyanın hər hansı bir sərt addım atmasından sığortalanmaq üçün bu prosesin sonlanmasını, ən pis halda isə səngiməsinə çalışacaqlar”.

 X. Bəşirov əlavə edib:

“Ukrayna böhranı sübut etdi ki, bu məsələdə ən çox marağı olan, Avropadan kənarda qalmağa çalışan Böyük Britaniya və ən yaxın müttəfiqi ABŞ-dır. Onlar, əslində, Rusiyaya qarşı deyillər. Onların əsas düşməni və hədəfi bugünkü dönəmdə Çindir. Ukrayna məsələsi, sadəcə, bir bəhanədir. Rusiyanın Qərb-Çin münaqişəsinin baş verməsi fonunda hansı cəbhədə təmsil olunacağı ilə bağlı məsələnin müzakirəsi gedir.

Yadınıza salım, zamanında Vladimir Putin Şərqi Avropa ölkələrinin onun təsir dairəsinə verilməsi ilə bağlı aparıcı dövlətlərin qarşısında şərt qoymuşdu. Amma Qərb bunu qəbul etmədi və məhz buna görə də, Ukrayna məsələsi gündəmə gəldi. Rusiyanın Qərbin yanında olması o qədər də real görünmür. Ona görə də, bu məsələdə Çin ilə Rusiyanın eyni mövqedən çıxış etməsi daha məqsədəuyğun görünür”.

Mütəxəssisin sözlərinə görə, Rusiyanın ABŞ və Britaniya ilə gizli danışıqlar apardığı iddia olunur:

“Danışıqlar o istiqamətdədir ki, Ukraynadan sonra digər ərazilərdə belə hal baş verməsin. Bununla bağlı onlar Rusiyadan vədlər almağa çalışırlar. Hətta Ukrayna məsələsində ərazi güzəştləri olsa belə, Rusiyanın bu prosesi digər dövlətlərlə münasibətdə davam etdirməyəcəyi ilə bağlı vədlərin alınması istiqamətində gizli müzakirələr gedir.

Bu görüntü gələcəkdə Qərbə qarşı böyük bir etimadsızlıq mühitinin yaradılmasına gətirib çıxara bilər. Bundan yayınmaq üçün də Qərb bunu təbii proseslərin gedişatı kimi göstərməyə çalışır. Amma hər bir halda dərin təhlil etdikdə məsələnin mahiyyəti göz önünə çıxır. Yeganə nəticə budur ki, Ukrayna da burada qurban getdi”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!